Tramp Nyu-Yorkda Polşa Prezidenti ilə görüşüb

ABŞ-ın keçmiş lideri Donald Tramp Nyu-Yorkda Polşa Prezidenti Anjey Duda ilə görüşüb. SİA xəbər verir ki, Tramp bununla bağlı müvafiq videonu “Truth” sosial şəbəkəsindəki səhifəsində yayımlayıb.

“Polşa Prezidenti Anjey Dudanı Nyu-Yorkda salamlamaqdan çox məmnunam”, - deyə Tramp yayımlanan videoya şərh verib.

Məlumata görə, iki siyasətçi arasında görüşü ABŞ-ın Varşavadakı keçmiş səfiri Georgette Mosbaherin təşkil edib.

Qeyd edək ki, Duda aprelin 17-18-də ABŞ-da işgüzar səfərdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə