Nikaraquada güclü zəlzələ olub

Nikaraquada güclü zəlzələ olub Nikaraquada 5,5 maqnitudalı zəlzələ olub. SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib. Mərkəzin verilənlərinə görə, yeraltı təkanların episentri təxminən 130 min nəfər əhalisi olan Masaya şəhərindən 124 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 151 km dərinlikdə olub. Təbiət hadisəsi 01:21-də qeydə alınıb. Tələfat və dağıntılar barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə