Voronejdə partlayışlar baş verib

...Voronejdə iki partlayış baş verib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Tipik Voronej” Teleqram kanalı xəbər yayıb.

Qeyd olunur ki, ikinci partlayışdan sonra Novosibirskaya küçəsi ərazisində yanğın başlayıb.

Zərərçəkənlər, eləcə də partlayışın səbəbləri barədə hələlik məlumat daxil olmayıb.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin regional idarəsi Voronejdə taxta-şalban və dəzgah anbarının yandığını da bildirib.

…Taxta-şalban və dəzgahlar yanıb, üç yanğınsöndürmə briqadası işləyir, xəsarət alanlar və yanğının səbəbləri barədə məlumat dəqiqləşdirilir.

Bu, Fövqəladə Hallar Nazirliyindən bildirilib.

…Və sonradan yanğının söndürüldüyü bildirilib.

Ümumilikdə yanğın sahəsi 200 kvadratmetrə yaxın olub. Voronej vilayətinin qubernatoru Aleksandr Qusev də vəziyyətə münasibət bildirib.

Onun sözlərinə görə, yerli hava hücumundan müdafiə sistemləri region səmasında Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparatı sıxışdırıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə