İsrail İrana qarşı planlaşdırdığı cavab zərbəsini ləğv edib...

İsrailin hərbi-siyasi rəhbərliyi aprelin 15-i axşam saatlarında İrana cavab zərbəsi endirməyi planlaşdırsa da, hücum qərarı təxirə salınıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Axios” portalı vəziyyətlə tanış olan Amerika və İsrail rəsmilərinə istinadən bildirib.

Vaşinqton administrasiyasının rəsmilərinin dediyinə görə, İsrail qərarı barədə ABŞ-ı məlumatlandırıb.

Amerikalı mənbə biz bunun niyə və ya real hücuma nə qədər yaxın olduğundan əmin deyilik... deyib.

Bundan əlavə, materialda bildirilir ki, ABŞ son nəticədə daha geniş regional eskalasiyaya səbəb ola biləcək davamlı əks-hücumların mümkünlüyündən narahatdır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə