Rusiya Hindistana neft tədarükünü artırıb

Fevralın sonunda Rusiyadan Hindistana neft tədarükü yanvar ayı ilə müqayisədə 14 faiz artaraq 7,9 milyon ton səviyyəyə çatıb. Energetika və Maliyyə İnstitutunun (IEF) Telegram kanalında əldə edilən nəticə yeddi ayda maksimum olub.

SİA bu barədə rus saytlarına istinad edir.

Mütəxəssislərin aydınlaşdırdığı kimi, artım daha çox Uzaq Şərq Sokol çeşidinin daşınmasının bərpası ilə bağlı olub. Qeyd edilir ki, əvvəllər Hindistan idxalçıları Qərb ölkələrinin ikinci dərəcəli sanksiyalarına düşmək riski səbəbindən xammal almaqdan çəkinirdilər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə