Orban Ukraynanı suveren dövlət hesab etmir..?

...Macarıstanın baş naziri Viktor Orban Ukrayna ilə bağlı yeni mühüm açıqlama verib. Onun fikrincə, bu ölkə Avropa və ABŞ-dan pul asılılığına görə artıq suveren dövlət sayıla bilməz.

Macarıstan Nazirlər Kabinetinin sədri Brüsseldə keçirilən Milli Mühafizəkarlıq Konfransında çıxış edərək, "Ukrayna artıq suveren dövlət deyil"-deyə bildirib.

Orban bugünkü Ukraynanı “sadəcə Qərbin protektoratı” adlandırıb.

SİA-nın əldə etdiyi məlumata görə, TASS siyasətçidən sitat gətirir.

...Avropa İttifaqı və ABŞ-dan pul və silahlar olmasaydı, Ukrayna bir dövlət kimi çətin ki yaşaya bilərdi. Bundan əlavə, Orban bildirib ki, Macarıstan Rusiya ilə həmişə mövcud olan yaxşı iqtisadi əlaqələri korlamaq fikrində deyil.

...Mən onları kəsmək istəməzdim.

Qeyd edək ki, bundan əvvəl Orban Ukraynada bufer zonasının yaradılmasının tərəfdarı olduğunu və Qərb qoşunlarının ora göndərilməsinin mümkün vaxtını qeyd edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə