“Ukraynaya yardım göndərin..!”

Stoltenberq NATO ölkələrinə müraciət edib...

NATO ölkələri Ukraynaya yardım və öz silahları arasında seçim edərkən “Ukraynanı seçməlidirlər”.

SİA-nın RİA Novosti-yə istinadən xəbər verir ki, bu sözləri Alyansın baş katibi Yens Stoltenberq deyib. O qeyd edib ki, Kiyevin “daha ​​çox silaha ehtiyacı var”.

Stoltenberq Çexiya, Danimarka və Hollandiyanın baş nazirləri ilə görüşdən sonra deyib ki, “...Beləliklə, əgər müttəfiqlər NATO hədəflərinə çatmaq və Ukraynaya əlavə yardım göstərmək arasında seçim qarşısında qalacaqlarsa, mən açıq deyirəm: Ukraynaya yardım göndərin”.

...Görüşün mövzusu “döyüş meydanında çətin vəziyyət fonunda” Kiyevə dəstəyin artırılması olub.

Stoltenberqin sözlərinə görə, xüsusilə, hava hücumundan müdafiə sistemlərinin Ukraynaya təhvil verilməsi müzakirə olunub.

O, müttəfiqlərin bu silahları Kiyevə göndərə biləcəyinə əmindir, lakin bu, “məxfi məlumat” olduğu üçün bunun nə dərəcədə olacağını açıqlamayıb.

Qeyd edək ki, bundan əvvəl Stoltenberq NATO ölkələrini Ukraynaya daha çox sursat və hava hücumundan müdafiə sistemi təmin etmək üçün “dərin qazmağa” çağırıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə