İran İslam İnqilabı Keşikçiləri Korpusunun zabitləri Suriyadan qaçır..?

Tehran İsrailin mümkün cavabına hazırlaşır

...Tehran İsrailin vəd etdiyi cavab zərbəsinə hazırlaşır. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriyadan təcili çıxarılmasına başlanılıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Amerikanın “The Wall Street Journal” qəzeti məlumatlı mənbələrə istinadən yazır.

İran İsrailin gələcək zərbəsindən itkiləri minimuma endirməyə çalışaraq, öz hava qüvvələrinin yerləşdirilməsini dəyişməyə çalışır.

Həmçinin İran SEPAH-nın olduğu Suriyadakı hərbi obyektlərdən şəxsi heyətin təcili təxliyyəsinə başlanılıb. Mənbələrin məlumatına görə, Korpus artıq yüksək səviyyəli nümayəndələrini ölkədən geri çağırıb.

Orta və aşağı səviyyəli zabitlər Suriyada qalırlar, lakin başqa vəzifələrə keçirilirlər.

“The Wall Street Journal”ın yazdığına görə, İsrailin müttəfiqləri ondan əvvəlcədən zərbələr barədə xəbərdarlıq etməyi gözləyirlər.

Ehtimallara görə, Qüds yalnız Suriyada İran və SEPAH ilə əlaqəli hədəflərə hücum etməklə məhdudlaşacaq.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə