Yaxın Şərqin havası Avropada təbii qazın qiymətinə təsir etdi

Yaxın Şərqdə artan gərginliyin təsiri ilə Avropada təbii qaz qiymətləri 7,5 faiz artdı.

Avropanın ən böyük dərinliyinə malik Hollandiya mərkəzli virtual təbii qaz ticarət nöqtəsi olan TTF-də may ayı fyuçers müqavilələrində meqavat-saat qazın qiyməti aprelin 16-da 31,14 avro ilə bağlanıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, İsrail və İran arasında yaranan gərginliyə görə tədarükdə fasilə ola biləcəyi ilə bağlı narahatlıqlar üzündən qazın meqavat-saat qiyməti 7,5 faiz artıb.

Rusiya-Ukrayna müharibəsindən və Rusiyadan Avropaya boru kəməri qaz axınının demək olar ki, tamamilə kəsilməsindən sonra qitə qlobal bazarlardakı hadisələrə qarşı daha həssas olub. Qış mövsümü başa çatsa da, dünya bazarlarında baş verən proseslər narahatlıqları daha da artırır ki, bu da qiymət artımında özünü göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə