Erfan Kudusov: "Bu il Krımda yay mütləq isti keçəcək..."

Bu arada tanınmış vətəndaş fəalı, Krım tatar xalqının liderlərindən biri Erfan Kudusov, Ukrayna Silahlı Qüvvələrinin Cankoy aerodromuna hücumunu şərh edib.

...Kudusovun dediyinə görə, bu, sovet dövründən fəaliyyət göstərən aerodromdur. Ruslar ondan təyinatı üzrə istifadə edərək, orada raketləri, hava bombalarını və digər partlayıcı materialları saxlayırdılar.

Təbii ki, bu, hərbçilərimizdən də yan keçmədi. Çox uğurlu hücum oldu. Partlayış səsləri 40 kilometr radiusda eşidilib. Uzun bir partlayış oldu. Krımda yaşayan Ukraynaya sadiq bütün vətəndaşlar enerji və şənlik dalğası hiss etdilər.

...Hədəf nöqtəsini təmin edən xüsusi xidmət orqanlarımızı təbrik etmək istəyirəm. Və təbii ki, Krımda informasiya ilə kömək edən həmvətənlərimizi qeyd etmək lazımdır. Onların adını çəkə bilmərik, amma qələbədən sonra düşünürəm ki, bütün bu məlumatlar dərc olunacaq və insanlar mükafatlandırılacaq.

SİA-nın əldə etdiyi məlumata görə, Kudusov bunu adını açıqlamaq istəməyən mənbələrə bildirib.

Qeyd edək ki, Kudusov bu gün Ukraynanın silah-sursata olan ehtiyacını da ilə gətirib. Onun sözlərinə görə, bu gün onların alman “Taurus”larına böyük ehtiyacları var. Ukraynalı fəala görə, bu silah körpüyə hücum etmək üçün daha uyğun olardı. Amma indiyədək onlar bizə təhvil verilməyib. Amma belə görünür ki, onlarsız işləməli olacağıq...

...Əvvəllər “isti yay” turistlərin çox olması demək idi. İndi turist yoxdur, amma Ukrayna Silahlı Qüvvələrinin çoxlu yaxşı hücumları var. Yay mütləq isti olacaq, amma turizm baxımından deyil.

Kudusov deyib bunu...

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə