Rusiya Çerniqov şəhərinə hücum etdi, ölən və yaralananlar var...

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Çerniqov şəhərinə təşkil etdiyi raket hücumu nəticəsində 10 nəfərin öldüyünü, 20 nəfərin yaralandığını bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, Volodimir Zelenski rəsmi internet səhifəsində etdiyi paylaşımda Rusiyanın Çerniqov şəhərinə raket hücumu təşkil etdiyini qeyd edib.
Hücumun baş verdiyi ərazidə axtarış-xilasetmə işlərinin davam etdiyini qeyd edən Volodimir Zelenski deyib: "İnsanların dağıntılar altında qalıb. İndiyədək 20 nəfər yaralanıb, 10 nəfər ölüb. Ailələrinə və yaxınlarına başsağlığı verirəm''.
Çerniqov Bələdiyyə Başçısı Oleksandr Lomako da mətbuata hücumla bağlı verdiyi açıqlamada 8 mərtəbəli sosial obyektin hədəf alındığını, binaya və ətrafdakı avtomobillərə ziyan dəydiyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə