Çerniqov raket hücumuna məruz qalıb - ölənlər və xəsarət alanlar var

Rusiya silahlı qüvvələri aprelin 17-də səhər saatlarında Çerniqov şəhərinə hava hücumu edib. SİA xəbər verir ki, Çerniqov Vilayət Hərbi Administrasiyasının rəhbəri Vyaçeslav Çausun açıqlamasına görə, şəhərə üç raket hücumu olub. Partlayışlar şəhərin mərkəzi hissəsində baş verib. Ölənlər və çoxlu yaralılar var.

Çerniqov merinin səlahiyyətlərini icra edən Aleksandr Lomako isə telemarafonda bildirib ki, şəhərə raket hücumu nəticəsində azı 4 mülki şəxs həlak olub, 10-a yaxın insan isə xəsarət alıb. Ölü və yaralı sayının artacağı istisna edilmir. Zərərçəkənlərə yardım üçün operativ qərargah yaradılıb.

Lomakonun sözlərinə görə, əsas zərbə Çerniqovun mülki və sosial infrastrukturuna dəyib. “Səkkiz mərtəbəli binanın 6 mərtəbəsində dağıntılar var. Xəstəxanalar intensiv rejimdə işləyir və artıq ilk yaralıları qəbul edir”, - deyə o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə