ABŞ Rusiya ilə münaqişəyə girmək niyyətində deyil...

...Birləşmiş Ştatlar Rusiya ilə hərbi münaqişəyə girmək niyyətində deyil, əgər amerikalılar Ukrayna səmasında Rusiya raketlərini vurmağa başlasalar...onda bu baş verəcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

...Biz Rusiya ilə silahlı hərbi toqquşma vəziyyətində deyilik.

Və biz Rusiya ilə birbaşa silahlı münaqişəyə girmək fikrində deyilik. Amerika Birləşmiş Ştatlarının prezidenti Cozef Bayden bunu açıq şəkildə bildirib.

Qeyd edək ki, Miller bunu ABŞ-ın niyə İranın İsrailə hücumunu dəf edərkən olduğu kimi, Ukrayna səmasında Rusiya raketlərini vura bilmədiyi sualına cavab verərkən deyib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə