“Dünyada terrorizmin məğlub edildiyi yeganə region”

Çeçenistanda Rusiya himni qadağan edilməyib!

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya hakimiyyətinin 2009-cu il aprelin 16-da respublikada antiterror əməliyyatı rejiminin ləğvi barədə qərarını regionun həyatında “dönüş nöqtəsi” hesab edir.

Çeçenistan rəhbərinin sözlərinə görə, o vaxtdan bəri respublika bu günü “xalqımızın tarixində ən əlamətdar və taleyüklü bayramlardan birini - Sülh Gününü” qeyd edir.

...Bir neçə il ərzində qəsəbələrimizdə, şəhər və kəndlərimizdə müharibənin izləri itməyə başladı, yeni rənglərlə parıldamağa başladı, daha da gözəlləşdi, daha müasir oldu.

SİA-nın əldə etdiyi məlumata görə, Kadırov bunu Telegram kanalında yazıb.

Çeçen rəhbər bugünkü Çeçenistanı “təmizlik və nizam-intizam modeli” və “turistlərin sevimli istirahət yerlərindən biri” adlandırıb. Bundan əlavə, o, respublikanın “dünyada terrorizmin məğlub edildiyi yeganə region” olduğunu qeyd deyib.

Kadırov bir müddət əvvəl Moskva vilayətində baş verən terror aktından sonra milli məsələyə xələl gətirməməyə çağırıb və Çeçenistanda “Rusiya himninin qadağan edilməsi” ilə bağlı şayiələrə kəskin cavab verib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə