Əfqanıstanda daşqın 50 nəfərin ölümünə səbəb olub

Əfqanıstanda leysan yağışları daşqınlara səbəb olub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 50 nəfər ölüb, 36 nəfər yaralanıb.

Daşqın nəticəsində 600-dən çox ev, 1950 hektar kənd təsərrüfatı sahəsi və 75 kilometr yol zədələnib, 200-dən çox mal-qara tələf olub. Həmçinin yardım təşkilatlarının dəstəyi ilə seldən zərər çəkmiş 22 min 851 ailəyə yardım edildiyi və zərər çəkmiş bölgələrə yardımların çatdırılması prosesinin davam etdiyi qeyd edilib.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə