İldırım nəticəsində ən azı 55 nəfər həyatını itirib - YENİLƏNİB

Pakistanın cənub-qərb əyalətlərində son 3 gündə yağan güclü yağış və ildırım çaxması nəticəsində həyatını itirənlərin sayının 55-ə yüksəldiyi bildirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, səlahiyyətlilər həyatını itirənlərin əksəriyyətinin buğda biçini zamanı ildırım vuran fermerlər olduğu barədə məlumat paylaşıb. Baş nazir Şahbaz Şərif rəsmilərə yağışlardan zərər çəkmiş ərazilərə təcili yardımın çatdırılmasını tapşırdığını bildirib. Yağışların yaratdığı daşqınlarda çoxlu evlər zərər görsə də, infrastruktura da ciddi ziyan dəyib.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə