Gürcüstan prezidenti Tbilisidə nümayişçilərə dəstək ifadə edib

...Gürcüstan prezidenti Salome Zurabişvili xarici agentlər haqqında qanuna etiraz edən Tbilisi sakinlərini dəstəkləyib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri RİA Novosti yayıb.

Gürcüstan lideri polisi, ölkənin Avropa gələcəyini qoruyan insanları həbs etməkdə ittiham edib. O bildirib ki, xüsusi təyinatlılar su şırnaqları və qaz silahları ilə Tbilisidə vətəndaş cəmiyyətinin “Rusiya qanunlarına” qarşı keçirilən kütləvi dinc nümayişini hədəfə alıblar.

Zurabişvili həbslərin davam etdiyini vurğulayıb.

...Gürcüstan yenidən sovetləşməyə boyun əyməyəcək!

Qeyd edək ki, bunu prezident bildirib.

Öz növbəsində, Respublika Daxili İşlər Nazirliyi Tbilisidə etirazçıları hüquq-mühafizə orqanlarının əməkdaşlarına tabe olmağa çağırıb və əks halda güc tətbiq edəcəkləri barədə xəbərdarlıq edib.

Bundan əvvəl etirazçıların polis kordonunu yarmağa çalışdıqları məlum olub.

...Bazar ertəsi, aprelin 15-də Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili, ölkədə “birlik və hücum” vaxtının çatdığını deyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə