Şolz Çinə Putinə hərbi dəstək verməmək barədə xəbərdarlıq edib..?

Almaniya kansleri Şanxayda bir neçə görüş keçirib və bir sıra bəyanatlar verib

Federal kansler Olaf Şolz, bazar ertəsi, aprelin 15-də Çinə üç günlük səfərinin ikinci günü ölkə hakimiyyətinə Rusiyaya hər hansı hərbi dəstək verilməməsi barədə xəbərdarlıq edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədəd “ Deutsche Welle” xəbər verir.

Şolz Şanxayda Rusiyanın Ukraynaya qarşı müharibəsində köməyinə toxunaraq, ...Heç kim bunun uğur qazanmasına kömək etməməlidir-deyə bildirib.

...”Ona görə də biz hamını sanksiyalardan yayınmamağa və həmçinin silah tədarük etməməyə çağırırıq”, - deyə o, bunun həm mülki, həm də hərbi məqsədlər üçün istifadə oluna bilən mallara da şamil olunduğunu açıqlayıb.

Qeyd edək ki, Olaf Scholz aprelin 16-da Pekində Çin prezidenti Si Cinpin və baş nazir Li Qian ilə görüşəcək. ...Almaniyalı kanslerin dediyinə görə, Rusiyanın aqressiv müharibəsi təkcə Avropa problemi deyil,“bütün planetdə sülh və təhlükəsizliyə təhdiddir, çünki bu, bir çox insanları tarixi düzəlişlər etməyə sövq edəcək”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə