HƏMAS İsrailə güzəştə getməkdən imtina edib...

HƏMAS İsrailə güzəştə getməkdən imtina edib...

HƏMAS Qəzza zolağında atəşkəslə bağlı İsraillə dialoqda güzəştə getməyəcək və İsrail ordusunun Fələstin anklavından tamamilə çıxarılması tələbindən əl də çəkməyəcək,

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Fələstin hərəkatının rəsmi nümayəndəsi İzzat ər-Rişq Telegram-da bildirib.

...Onun sözlərinə görə, Fələstin xalqının müdafiəsi üçün yeganə təminat tam atəşkəsdir. İzzət ər-Rişq əlavə edib ki, HƏMAS İsrail qüvvələrinin Qəzzadan tam çıxarılması və köçkünlərin anklavın şimal ərazilərinə sərbəst qayıtması zərurəti məsələsində hər hansı güzəştə getməkdən imtina edir.

Bundan əvvəl HƏMAS-ın yüksək rütbəli rəsmisi İsraillə razılaşmaya əsasən mübadilə üçün kriteriyalara cavab verəcək 40 canlı girovun olmadığını bildirmişdi.

Yeri gəlmişkən, aprelin 10-da Fələstin radikal hərəkatının Siyasi Bürosunun üzvü İsmayıl Haniyə İsrail Müdafiə Qüvvələrinin Qəzzaya endirdiyi zərbə nəticəsində üç oğlu və nəvəsinin həlak olduğunu təsdiqləyib.

O qeyd edib ki, ümumilikdə İsrail hərbçilərinin hərəkətləri nəticəsində 60-dan çox qohumunu itirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə