Bayden ilk dəfə İranın İsrailə hücumuna reaksiya verib...

ABŞ prezidenti İraqın baş naziri ilə görüşüb...

Amerika Birləşmiş Ştatları İsrailin təhlükəsizliyinə sadiqdir və həmçinin Yaxın Şərqdə atəşkəsin tərəfdarıdır.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə ABŞ prezidenti Cozef Bayden bildirib.

...ABŞ İsrailin təhlükəsizliyinə sadiqdir. Biz girovları evlərinə qaytaracaq və münaqişənin mövcud olduğundan daha da genişlənməsinin qarşısını alacaq atəşkəsə sadiqik.

Qeyd edək ki, prezident İraqın baş naziri Məhəmməd Şia əl-Sudani ilə görüşündə belə deyib.

Eyni zamanda Bayden əlavə edib ki, Birləşmiş Ştatlar Amerika kontingentinin və İraq da daxil olmaqla Yaxın Şərqdəki tərəfdaşlarının təhlükəsizliyinə sadiqdir.

Amerika lideri, İraq və ABŞ arasında tərəfdaşlığın çox vacibliyini də diulə gətirib.

...Xatırladaq ki, aprelin 13-dən 14-nə keçən gecə İran İsrailə 300-dən çox pilotsuz təyyarə, ballistik və qanadlı raketlər atıb. İsrail demək olar ki, bütün hava hədəflərini vura bilib. Bu işdə ona...təbii ki, ABŞ və İngiltərə kömək edib.

...Və hücum nəticəsində heç bir ciddi dağıntı filan olmayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə