Bəzi konqresmenlər Baydendən İranı bombalamağı tələb edirlər..?

“Responsible Statecraft” yazır ki, ABŞ Konqresi Qəzza ilə bağlı susurdu, indi isə İrandan cavab tələb etməyə başlayıb

...İsrailin Qəzza zolağında həyata keçirdiyi əməliyyat zamanı həlak olan on minlərlə fələstinli mülki şəxs haqqında faktiki olaraq heç nə deməyən ABŞ Konqresinin üzvləri, 1200-ə yaxın israillinin həyatını itirməsini “qeyri-mütənasib” adlandırmağa tələsiblər.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu Amerika nəşri olan “Responsible Statecraft” yazır.

...Nəşrin redaktorunun xatırladığı kimi, İran aprelin 1-də İsrail Hərbi Hava Qüvvələrinin Dəməşqdəki İran konsulluğuna endirdiyi zərbə nəticəsində yeddi dövlət məmurunun ölümünə cavab verirdi.

Və onun cavabı dəqiqliklə müəyyən mesajı çatdırmaq üçün dəqiqləşdirilib.

Amma buna baxmayaraq, ABŞ Konqresindəki hər iki partiyadan olan amerikalı konqresmenlər dərhal “həşir qoparıblar”.

Halbuki, bundan əvvəl qəzzalıların HƏMAS-ın hərəkətlərinə görə cəzalandırılmasını, sığınacaq, yemək və hətta həyatını itirməsini sakitcə izləyirdilər.

Hələ bu bir yana...

...Hətta Texas ştatından olan Nümayəndələr Palatasının üzvü qaradərili qadın Şeyla Cekson (Demokratik Partiya) İranın hərəkətlərini terrorizm, qeyri-mütənasib tədbirlər, azad dünyaya təhlükə kimi qiymətləndirərək, Respublika Partiyasından olan həmkarı Marşa Blekbernlə İranı bombalamağı Cozef Baydenə əmr ediblər.

...Blekbernin partiya yoldaşı Rocer Uiker də Baydendən İrana qarşı qətiyyətli addım atmağı tələb edib.

Maraqlıdır ki, “Responsible Statecraft” əminliklə bunların Amerika İsrail İctimai Əlaqələr Komitəsindən pul aldıqlarını iddia edir.

...Nəşrin redaktorunun vurğuladığı kimi, İran HƏMAS-a sponsorluq etsə də, onun oktyabrın 7-də törədilən terror aktında iştirakı hələ sübut olunmayıb və bundan əlavə, Qəzzada hərbi əməliyyatlar başlayandan münaqişənin bütün Yaxın Şərqə yayılmasının qarşısını almaq üçün Vaşinqtonla əlaqə saxlayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə