Zelenski Qərbi Ukraynanı da İsrail kimi qorumağa çağırıb...

...Vladimir Zelenski Qərb ölkələrini İranın son raket hücumu zamanı İsrailə qarşı etdikləri kimi Ukraynanı da qorumağa çağırıb.

SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə öz Telegram kanalında açıqlama verib.

Zelenskinin sözlərinə görə, o, Ukraynada enerji sənayesi və kritik infrastrukturun qorunması ilə bağlı hesabatları dinləyib. ...Aydındır ki, fiziki müdafiə bəzi obyektləri hücumlardan tam qoruya bilməz. Bu, yalnız kifayət qədər effektiv hava hücumundan müdafiə ilə edilə bilər.

Bunu yazan Zelenski qeyd edib ki, İsraili müdafiə etməklə “azad dünya belə birliyin nəinki mümkün olduğunu, həm də 100 faiz effektiv olduğunu nümayiş etdirdi”.

...Müttəfiqlərin qətiyyətli hərəkətləri terrorun uğurunun, infrastrukturun itirilməsinin qarşısını aldı və təcavüzkarı soyumağa məcbur etdi. Eyni şey, İsrail kimi NATO üzvü olmayan Ukraynanın terrordan qorunmasında da mümkündür. Bunun üçün isə 5-ci maddənin aktivləşdirilməsi tələb olunmur,..və burada yalnız siyasi iradə kifayətdir.

Bunu da Zelenski yazıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə