Biznes-blogger Dmitri Portnyaqin həbs edilib

...Moskva məhkəməsi məşhur biznes-blogger Dmitri Portnyagini vergidən yayınma və çirkli pulların yuyulması ittihamı ilə ev dustaqlığına məhkum edib.

SİA-nın əldə etdiyi məlumata görə, “Diqqət xəbərləri”nin müxbiri xəbər verir ki, iclasda prokuror bloggeri Ukrayna, onun prezidenti Vladimir Zelenski və rusiyalı müxalifətçi Aleksey Navalnıya dəstək verməkdə ittiham edib.

Qeyd edək ki, Portnyaqin Rusiyada məşhur biznes-məşqçidir, demək olar ki, bir milyon yarım insan onun YouTube-dakı bloquna abunə olur. O, 124 milyon rubl məbləğində vergidən yayınmaqda və vergi orqanlarının hesabında olmayan pulların yuyulmasında ittiham olunur.

Onu da qeyd edək ki, Portnyaqin, yalnız birinci ittiham üzrə özünü təqsirli bilib. İşdə şübhəli bilinən digər şəxs isə blogerin həyat yoldaşı Yekaterinadır.

Yeri gəlmişkən, o da saxlanılıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə