Dünyada hələ də yalnız bir hərbi super güc var – Amerika Birləşmiş Ştatları!

...İranın İsrailə hücumu ilə bağlı dünya liderləri arasında qəzəb Putinin 2022-ci il fevralın 24-də Ukraynaya hücumu kimi güclü olmalıdır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə The Telegraph yazır.

Dünya nizamında bir ölkənin suveren ərazisinə qarşı birtərəfli təcavüz aktlarına başqa bir dövlət tərəfindən yer yoxdur.

Bu cür hərəkətlər İkinci Dünya Müharibəsinin xaosundan sonra və BMT Təhlükəsizlik Şurasının nəzarəti altında çoxtərəfli razılaşma ilə yaradılmış BMT-nin beynəlxalq təhlükəsizlik strukturu çərçivəsindən tamamilə kənardır.

İran birbaşa İsrailə hücum etməklə ciddi səhvə yol verdi. Yalnız İsrailin hava hücumundan müdafiə sistemlərinin texniki təkmilliyi və onun bəzi müttəfiqlərinin iradəli əməkdaşlığı sayəsində hücum geniş mülki itkilərlə nəticələnmədi.

ABŞ və Böyük Britaniya da daxil olmaqla digər Qərb ölkələri İranın qeyri-qanuni hücumunu dəf etmək üçün İsrailin tərəfində olub. Təbii ki, İsrail İranın hücumuna qarşı müdafiə əməliyyatlarında qətiyyətlə lider idi, lakin ABŞ Mərkəzi Komandanlığının da rolu həlledici idi.

...Çin, Rusiya və hətta İran nə qədər özlərinin fövqəldövlət statusuna malik olduqlarını düşünmək istəsələr də, dünyada hələ də yalnız bir hərbi super güc var – Amerika Birləşmiş Ştatları!

Qeyd etdiyimiz kimi, The Telegraph yazır bunu.

Donald Tramp ABŞ-ın beynəlxalq “polis vəzifələrindən” geri çəkilməsini istəsə də, prezident Cozef Bayden son bir neçə gün ərzində açıq şəkildə bildirib ki, Birləşmiş Ştatlar Mərkəzi Komandanlığın köməyi ilə bir ölkənin digər ölkə tərəfindən təhdid edildiyi zaman onun hüquqlarının qorunmasında mühüm rol oynayır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə