Krımda Rusiyanın komanda məntəqəsinə raket atılıb

Aprelin 15-də Ukrayna müdafiə qüvvələri işğal olunmuş Krımda rusların komanda məntəqəsinə zərbələr endiriblər. SİA-nın əldə etdiyi məlumata görə, “Suspilne” bu barədə Ukrayna xüsusi xidmət orqanlarındakı mənbəyə istinadən xəbər verir.

Jurnalistlərin həmsöhbəti bildirib ki, bu gün, aprelin 15-də günorta saatlarında vurulan komanda məntəqəsində yüksək rütbəli rus zabitləri olub.

“Suspilne” qeyd edib ki, işğal altındakı yarımadaya hava hücumu xəbərdarlığı təxminən iki saat davam edib.

...“Krım küləyi” Telegram kanalı bu gün Sevastopolun hərbi hissələrində həyəcan təbili çalması və Cankoy bölgəsində düşmən fəallığı, habelə işğalçılar tərəfindən qanunsuz tikilmiş Krım körpüsünün bağlanması barədə məlumat yayıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə