Pakistanda ildırım 39 nəfərin həyatına son qoyub

Pakistanın cənub-qərb əyalətlərində son 3 gündə yağan güclü yağış və ildırım çaxması nəticəsində həyatını itirənlərin sayının 39-a yüksəldiyi bildirilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, səlahiyyətlilər, həyatını itirənlərin əksəriyyətinin buğda biçini zamanı ildırım vuran fermerlər olduğu barədə məlumat paylaşıb. Baş nazir rəsmilərə yağışlardan zərər çəkmiş ərazilərə təcili yardımın çatdırılmasını tapşırdığını bildirib. Yağışların yaratdığı daşqınlarda çoxlu evlər zərər görsə də, infrastruktura da ciddi ziyan dəyib.

Pakistanda 2022-ci ildə ölkənin üçdə birini sular altında saxlayan daşqınlar nəticəsində 2 minə yaxın insan həyatını itirib və təxminən 30 milyard dollar ziyan dəyib.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə