Kolumbiyada jurnalist silahlı hücuma məruz qalaraq ölüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, hadisə Şimali Santander inzibati bölgəsində qeydə alınıb. Belə ki, jurnalist Jaime Vaski Kukuta şəhərində bazarda alış-veriş edərkən silahla hücuma məruz qalıb. Çoxlu güllə yarası alan müxbir xəstəxanaya aparılsa da həyatını xilas etmək mümkün olmayıb. Həmçinin, hücumda vətəndaşlardan birinin də yaralandığı bildirilib. Təhlükəsizlik qüvvələri hadisəni törədən şəxslərin axtarışlarına başlayıb.
Şimali Santander Qubernatorluğu şübhəlinin yerini tapmağa kömək edənlərə mükafat veriləcəyini açıqlayıb. Mükafatın məbləği isə 13 min dollardır.
Kolumbiya prezidenti Qustavo Petro Vaskinin ölümündən kədərləndiklərini ifadə ediblər. Onun yeganə günahı korrupsiya iddialarını bildirmək idi deyilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB