Blinken Böyük Britaniya və Almaniyanın XİN rəhbərləri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Blinken Böyük Britaniya və Almaniyanın XİN rəhbərləri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

ABŞ-ın Dövlət katibi Antoni Blinken Böyük Britaniya və Almaniyanın xarici işlər nazirləri ilə Yaxın Şərqdə gərginliyin artmasının qarşısının alınmasının vacibliyini müzakirə edib. SİA xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Sənəddə qeyd edilir ki, telefon danışığı zamanı Blinken Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron və Almaniyanın xarici işlər naziri Annalena Baerbok ilə İranın İsrail ərazisinə endirdiyi zərbəni müzakirə edib. “Onlar bu hücumları qətiyyətlə pisləmək və regionda gərginliyin daha da artmasının qarşısının alınmasının vacibliyi barədə razılığa gəliblər”, - deyə məlumatda bildirilir.

Blinken, həmçinin ABŞ-ın İsraili müdafiə etmək öhdəliyini bir daha təsdiqləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə