Türkiyədə avtobus avtomobilə çırpılıb - ölənlər var

Türkiyədə avtobus avtomobilə çırpılıb - ölənlər var

Türkiyənin Aydın şəhərinin Didim rayonunda avtobus əsas yola çıxan minik avtomobilinə çırpılaraq onu bir neçə metr sürüyüb. SİA DHA-ya istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsində minik avtomobilindəki dörd nəfər ölüb. Yerli vaxtla aprelin 14-də saat 21:00 (Bakı vaxtı ilə 22:00) radələrində baş vermiş yol qəzasında minik avtomobilin sürücüsü yerində, digər üç nəfər isə xəstəxanada keçinib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə