Rusiya artıq İsveçrəyə etibar etmir...

Mariya Zaxarova bildirib bunu...

...İsveçrə beynəlxalq məsələlərdə vicdanlı vasitəçi statusunu itirmək riski ilə üzləşir.

SİA-nın əldə etdiyi məlumata görə, RİA Novosti xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Zaxarova əlavə edib ki, həddindən artıq dağıdıcı davranış xəttinə görə ölkəyə inam itib.

Ölkə “kollektiv Qərb”in açıq-aşkar qeyri-dost kursunu izləyir və “neytrallıq” siyasətini bəyan etsə də, sanksiyalara qoşulur.

...Rusiyalı səlahiyyətli qeyd edib ki, Rusiya Federasiyası əvvəllər İsveçrəyə ölkəyə inamı itirmək riskləri barədə xəbərdarlıq edib, lakin rəhbərlik qulaq asmayıb. Bütün bunların fonunda Moskva Transqafqazda təhlükəsizlik və sabitliyə dair Beynəlxalq Cenevrə müzakirələrini başqa ölkəyə köçürmək barədə düşünür.

Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, bu mövqe Abxaziya və Cənubi Osetiya müttəfiqləri tərəfindən dəstəklənir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə