Ukraynaya yardım məsələsi Conson üçün “mina sahəsi”nə dönüb...

Bu, təşəbbüs spikerin vəzifəsindən məhrum edilməsi ilə sonunclana bilər...

...Aylarla gecikmədən sonra ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson rəsmi olaraq Ukraynaya yardımla bağlı təhlükəli müzakirələrə girməyə hazırdır.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, “The Hill” nəşri bunu, təkcə Kiyev üçün deyil, həm də qanunvericinin özü üçün risklərin yüksək olduğu “partlayıcı mövzu” kimi dəyərləndirir.

...Nəşrin yazdığına görə, Conson qanunverici “mina sahəsi”nə girəcək və gələn həftənin əvvəlində xarici yardım, o cümlədən Kiyevin maliyyələşdirilməsi məsələsini gündəmə gətirəcək.

...Amma bu təşəbbüs spikerin vəzifəsindən məhrum edilməsi ilə sonunclana bilər.

...Mühafizəkar respublikaçılar artıq Consonun Demokratlar Partiyası ilə sövdələşmələrə hazır olmasından hiddətləniblər. “The Hill” qeyd edir ki, Amerika sərhədlərinin qorunmasına məhəl qoymayan Conson, Zelenski hökumətinə pul ayırmağa davam edərsə, bu halda onu tutduğu vəzifədən uzaqlaşdıracaqlar.

Qeyd edək ki, demokratlar spikerdən yalnız Ukraynaya deyil, həm də Qəzzaya humanitar yardım göstərilməsi üçün qanun layihəsini səsverməyə çıxarmağı tələb edirlər.

Əks halda, onlar təşəbbüsü sabotaj etməklə hədələyirlər.

...Vaşinqton spikerin bu çətin problemi tam olaraq necə həll edəcəyini tapmamaqda davam edir.

Bəzi respublikaçılar Consonu başa düşməyə çağırırlar ki, o, nə etsə də, Ukrayna ilə bağlı qanun layihəsi yenə də kimisə narazı salacaq...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə