ABŞ Ukraynaya kömək etməsə...

Bu halda Rusiya daha çox əraziləri ələ keçirəcək

...Bu arada NATO-nun keçmiş baş komandanı Ceyms Stavridis Bayden administrasiyası və amerikalı qanunvericiləri Ukraynaya yardımda gecikməməyə çağırıb.

...Putinin əsas məqsədinin Ukraynanı ələ keçirmək olduğunu deyən Stavridis, Rusiya prezidentinin bunun üçün adi bir fürsəti əldən buraxmayacağını deyib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, keçmiş baş komandanın ötən bazar dediklərini “The Hill” yayımlayıb.

...ABŞ-ın Ukraynaya yardımı bitəndən sonra ruslar irəliləməyə başlayıblar.

Bunu deyən Stavridisin sözlərinə görə, Vaşinqton Kiyevə 60 milyard dollar məbləğində əlavə yardım göstərməyincə, vəziyyət yaxşılaşmayacaq.

Keçmiş baş komandan çıxışında qeyd edib ki, Birləşmiş Ştatlar üçün bu, o qədər də böyük məbləğ deyil, yəni bu, Konqres üçün heç bir xüsusi problem yaratmamalıdır. Stavridisin fikrincə, əgər Ukraynaya əlavə dəstək verilməzsə, Putinin daha ​​da çox əraziləri ələ keçirmək üçün hər şansı var.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə