İsraildə Hərbi Nazirlər Kabinetinin iclası başa çatıb

İclasda İranın hücumuna mümkün cavab müzakirə edilib

...Bu arada İsrailin müharibə kabinetinin iclası İranın hücumuna cavab qərarı verilmədən başa çatıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə CNN məlumat yayıb.

Nəşrin anonim mənbəsinin sözlərinə görə, İsrail Nazirlər Kabineti cavab verməkdə qərarlıdır, lakin cavabın vaxtı və miqyası barədə hələ qərar verməyib.

Rəsmi qeyd edib ki, İsrail hərbçilərinə əlavə cavab variantları hazırlamaq tapşırılıb.

ABŞ prezidenti Cozef Bayden administrasiyasının anonim yüksək rütbəli rəsmisi deyib ki, İsrail rəsmisi ABŞ-a İsrailin İranla qarşıdurmanı əhəmiyyətli dərəcədə genişləndirmək istəmədiyini bildirib.

...Düşünürəm ki, İsrail bizə İranla ciddi gərginlik axtarmadıqlarını açıqlayıb. Məqsədləri bu deyil. Onlar özlərini qorumağa və müdafiə etməyə çalışırlar.

Bunu administrasiya rəsmisi bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə