“Nə qədər çox ölsə, bir o qədər yaxşıdır..."

Medvedev ABŞ-ın Ukraynada insanların ölümünə biganə olduğunu söylədi

...ABŞ Yaxın Şərqdəki problemlərlə məşğuldur və Ukraynada insan itkisi ilə maraqlanmır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu bəyanatla Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev Telegram-da yazıb.

O, Yaxın Şərqdəki hadisələrin Vaşinqton üçün Ukraynada baş verənlərdən nə ilə fərqləndiyini izah etməyə çalışıb.

...Amerika Yaxın Şərqdə böyük müharibə istəmir. O, tarazlığı saxlamağa və təmkin göstərməyə çalışır.

Bunu Mevdevev qeyd edib.

Onun sözlərinə görə, “Qəzzadakı qətllər Baydenin seçkilərdəki perspektivlərini pisləşdirir, İsrail və İran arasında müharibə əlavə qeyri-müəyyənlik yaradır.

Bununla yanaşı, ABŞ rusların və ukraynalıların ölümlərindən narahat deyil.

...Nə qədər çox ölürlərsə, bir o qədər yaxşıdır. Hər tərəfdən. Axı bu, Amerika rəsmilərinin dediyi kimi, “investisiya”dır. Onlar isə sərmayə qoymağa davam edirlər.

Medvedev deyib bunu.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə