G7 ölkələri İsrailə tam həmrəylik və dəstək ifadə ediblər

G7: İranın sabitliyi pozan təşəbbüslərinə qarşı cavab tədbirləri görməyə hazırıq
G7 ölkələri İsrailə tam həmrəylik və dəstək ifadə ediblər

Böyük Yeddilik Qrupu (G7) ölkələrinin liderləri İranın hücumlarından sonra İsrailə tam həmrəylik və dəstək ifadə ediblər və Tehranı sabitliyi pozan hərəkətlərini davam etdirəcəyi təqdirdə tədbir görəcəkləri ilə hədələyiblər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə İtaliyanın sədrliyi ilə çağırılan və videokonfrans vasitəsilə keçirilən fövqəladə iclasın yekunları üzrə qəbul edilmiş birgə bəyanatda deyilir.

Sənəddə vurğulanır: “Biz İrandan və onun müvəkkillərindən hücumlarını dayandırmağı tələb edirik. Biz indiki və gələcək sabitliyi pozan təşəbbüslərə cavab olaraq əlavə tədbirlər görməyə hazırıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə