Bayden İsraildən cavab verməməyi xahiş edir

Netanyahunun razı olub-olmayacağı bəlli deyil
Bayden İsraildən cavab verməməyi xahiş edir

...ABŞ prezidenti Cozef Bayden və komandası İsraili İranın irimiqyaslı hücumuna cavab verməməyə çağırır, çünki təxminən 300 İran pilotsuz təyyarəsi və raketinin məhv edilməsi böyük strateji qələbədir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu ABŞ rəsmilərinə istinadən “New York Times” yazır.

Qeyd olunur ki, Bayden İranın İsrailə hücumundan sonra Yaxın Şərqdə münaqişənin kəskinləşməsindən qaçmağa ümid edir.

...İsrail İranla qarşıdurmada irəli çıxdı və düşmənlərinə sübut etdi ki, amerikalı müttəfiqləri ilə birlikdə özünü müdafiə edə bilər və buna görə də cavab atəşi açmağa ehtiyac yoxdur.

“New York Times” bildirir ki, Baydenin mövqeyi bəzi respublikaçıların İrana sərt cavab çağırışları ilə bir qədər ziddiyyət təşkil edir.

İsrailin baş naziri Benyamin Netanyahu və hökumətinin hər şeyi olduğu kimi buraxmağa razı olub-olmayacağı bəlli deyil. “The New York Times” yazır ki, hücumların miqyası ilk dəfə olaraq İran və İsrail arasındakı kiçik kölgə müharibəsindən kənara çıxıb.

İsrail demək olar ki, bütün hədəflərini tutmasaydı, hücum yüzlərlə insanın ölümü ilə nəticələnə bilərdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə