Tanzaniyada bu ay yağan güclü yağışlar nəticəsində azı 58 nəfər ölüb.
SİA xəbər verir ki, bu barədə brifinqdə ölkə hökumətinin nümayəndəsi Mobhare Matinyi bildirib.
“Aprelin 1-dən aprelin 14-dək daşqınlara səbəb olan leysan yağışlar nəticəsində 58 nəfər həlak olub”, - deyən hökumət rəsmisi bildirib ki, 10 mindən çox evə ziyan dəyib, 76,6 min təsərrüfat zərər çəkib. Daşqınlar ən çox Tanzaniyanın sahil bölgələrini vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB