İsrailin müdafiə naziri: İrana qarşı strateji ittifaq yaratmaq şansı var
İranın yəhudi dövlətinə hücumundan sonra İsrailin İrandan gələn təhlükəyə qarşı strateji ittifaq yaratmaq şansı yaranıb.
SİA xəbər verir ki, bu açıqlama ilə İsrailin müdafiə naziri Yoav Qalant çıxış edib.
Qalant hava hücumundan müdafiə bölməsinə səfəri zamanı deyib: “Raketlərə nüvə başlıqları yerləşdirməklə hədələyən İrandan gələn ciddi təhlükəyə qarşı İsrailin strateji ittifaq yaratmaq imkanı var”.
Nazirin bəyanatı İsrailin əsas televiziya kanalları tərəfindən yayımlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB