İsrail İranın hücumuna cavab vermək üçün hazırlıqlara başlayır

İsrail aprelin 14-nə keçən gecə İranın hücumuna cavab verəcək.

SİA-nın əldə etdiyi məlumata görə, CNN bu barədə Tel-Əvivdəki mənbəyə istinadən xəbər verir.

Telekanalın məlumatına görə, İsrail hakimiyyəti cavab tədbirlərinin miqyasını müzakirə etməyə başlayıb.

Bu məsələ ölkənin hərbi kabinetinin bazar günü keçiriləcək iclasında qaldırılacaq.

“Ynet” portalının məlumatına görə, mümkün cavablardan biri İranın nüvə obyektlərinə zərbə endirməkdir.

Qeyd olunur ki, İsrail eskalasiyanın qarşısını almaq niyyətindədir.

Aprelin 14-nə keçən gecə İran raketlər və “Şahed” kamikadze dronları ilə İsrailə hücum edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə