2023-cü ildə Gürcüstanda qeydə alınan yol qəzalarının sayı 14% artaraq rekord həddə - 55,6 minə çatıb. SİA xəbər verir ki, bu barədə Gürcüstan Statistika Komitəsi məlumat dərc edib.
Buna baxmayaraq, qəzalarda həlak olanların sayı 7 310 nəfərə düşüb ki, bu da əvvəlki illə müqayisədə 200 nəfər azdır.
Yol hadisələri zamanı 442 nəfər ölüb ki, bu da 2022-ci illə müqayisədə 12 nəfər çoxdur.
Son 5 ildə isə Gürcüstanda nəqliyyat vasitələrinin sayı 391 min artaraq 1,68 milyona çatıb.
Qeyd edək ki ölkə əhalisinin sayı 3,7 milyon nəfərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB