İranın Baş Qərargahı İsrailə qarşı hərbi əməliyyatın başa çatdığını açıqlayıb

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri İsrailə qarşı “Əsl vəd” adlı hərbi əməliyyatın başa çatdığını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Press TV xəbər verir.

Bununla yanaşı, o əlavə edib ki, ölkənin silahlı qüvvələri lazım gələrsə, gələcəkdə də hərəkətə keçməyə hazırdır. ...Bizim fikrimizcə, əməliyyat başa çatıb. Lakin silahlı qüvvələr hazırdır və lazım gələrsə, hərəkətə keçəcək.

Baqiri bildirib bunu.

Qeyd edək ki, bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu İsrail ordusuna aid bütün hədəflərin məğlub edildiyini açıqlamışdı.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə