Borrell İranın İsrailə hücumunu pisləyib

Avropa diplomatiyasının rəhbəri Josep Borrell deyib ki, Avropa İttifaqı İranın İsrailə hücumunu pisləyir.

...Avropa İttifaqı İranın İsrailə qarşı qəbuledilməz hücumunu kəskin şəkildə pisləyir. Bu, görünməmiş eskalasiya və regional təhlükəsizliyə ciddi təhdiddir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Borrell bunu X sosial şəbəkəsində yazıb.

Bundan əvvəl IRNA agentliyi İranın İsrailə ballistik raketlər atdığını bildirmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə