Bayden İranın İsrailə hücumunu müzakirə edir

ABŞ prezidenti Cozef Bayden milli təhlükəsizlik komandası ilə İranın İsrailə hücumunu müzakirə edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə CNN amerikalı rəsmiyə istinadən xəbər verir.

...ABŞ prezidenti Cozef Bayden indi Ağ Evdə milli təhlükəsizlik komandası ilə İranın İsrailə hücumunu qiymətləndirmək üçün görüşür.

...Bundan əvvəl İsrail və ABŞ İranın pilotsuz uçuş aparatlarının buraxılmasını təsdiqləyib.

İranın özü də İsrailə PUA-nın buraxılmasını təsdiqləyib və raket zərbəsi endirdiyini açıqlayıb.

ABŞ həmçinin İranın İsrailə bir neçə saatlıq hücumu ilə bağlı proqnoz verib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə