Pentaqonun rəhbəri ələ salınıb..?

Ukrayna ilə bağlı söylədiyi sözlərdən sonra...
Pentaqonun rəhbəri ələ salınıb..?

...Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Larri Conson Ukraynanın münaqişədə qalib gəlmək və suverenliyini qorumaq qabiliyyətindən danışan ABŞ-ın müdafiə naziri Lloyd Ostini ələ salıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, bu barədə “Judging Freedom” Youtube kanalına müsahibəsində bildirib.

Consonun fikrincə, Pentaqonun rəhbəri bunun nə demək olduğunu anlamadan Ukraynanın qələbəsindən danışır.

...Oh, biz Ukraynanın suveren olmasını istəyirik, o faktı nəzərə almasaq ki, o, dövlətin mövcudluğu üçün lazım olan hər şeydə bizdən tamamilə asılıdır.

Qeyd edək ki, bunu keçmiş MKİ zabiti bildirib.

O, həmçinin Kiyevi narkomanla, Qərbi isə narkotik alverçiləri ilə müqayisə edib.

Onu da qeyd edək ki, Lloyd Ostin daha əvvəl də Vaşinqtonun Ukraynaya yardım göstərməyə davam edəcəyini bildirmişdi.

...Çünki bu, ABŞ-ın şərəf və öz təhlükəsizliyi məsələsidir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə