ABŞ-da hakimiyyətin Putinlə bağlı səhvindən danışıblar..?

Ruslar Ukraynanı deyil, NATO-nu faktiki olaraq demilitarizasiya edir

...ABŞ Rusiya prezidenti Vladimir Putinə zərər verməyi planlaşdırırdı, lakin onlar istədiklərinə nail ola bilmədilər. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu “Judging Freedom” YouTube kanalına müsahibəsində amerikalı keçmiş kəşfiyyatçı Toni Şaffer deyib.

Onun sözlərinə görə, Vaşinqton Rusiyanı pis göstərməyə, həmçinin Avropanı aktiv və resurslar mənbəyi kimi görünən “canlı və istifadəyə hazır” Ukrayna alacağına inandırmağa çalışırdı.

...Onlar bütün məsələlərdə səhv etdilər.

Bunu deyən keçmiş kəşfiyyatçı həmçinin qeyd edib ki, Rusiya hərbi istehsalı həcmcə Qərbi üstələyir.

...Ruslar Ukraynanı deyil, NATO-nu faktiki olaraq demilitarizasiya edir - deyə Toni Şaffer bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə