Ukraynalılar cəbhəyə getməmək üçün kütləvi şəkildə ölkədən qaçırlar..?

Deyilənlərə görə, hazırda səfərbərlikdən qaçıraraq Rumıniyada sığınacaq tapan ukraynalı “kişi”lərin sayı 6 mini keçib..?

...Rusiya son aylarda döyüş meydanında təşəbbüsü ələ keçirdikcə, Ukraynada silah və canlı qüvvə çatışmazlığı özünü bariz şəkildə göstərməkdədir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, “The New York Times” xəbər verir ki, son vaxtlar Ukraynada orduya daha çox kişi cəlb etmək xüsusilə çətin olub.

Belə ki, rusların yazdığına görə, hərbi yaşda olan bir çox ukraynalı ölkədən qaçmağa çalışır.

Nəşr qeyd edir ki, onlardan bəziləri özünü risk altında qoyub Rumıniya ilə sərhəddə Tisa çayını keçməyə üstünlük verirlər.

...Lakin bu gün “ölüm çayı” tutqun ləqəbini alan Tisanı dəf etmək hər ukraynalıya nəsib olmur.

Deyilənlərə görə, rəsmi olaraq çayı keçərkən boğulanların sayı 22 nəfəri ötüb. amma bu rəqəmin qeyri-dəqiq olduğunu iddia edənlər də var.

Yenə də deyilənlərə görə, hazırda səfərbərlikdən qaçıraraq Rumıniyada sığınacaq tapan ukraynalı “kişi”lərin sayı 6 mini keçib.

Nəşr vurğulayır ki, onlar qaçqın statusu almaq üçün qonşu Slovakiya, Polşa və ya Macarıstanda sona çatmaq üçün sərhəd təpələri və çay dərələri ilə ölkələrini tərk edirlər.

Bu “xidmət” Karpatlarda qaçaqmalçılığın xarakterini də dəyişdi. Sərhədçilər və yerli rəsmilər deyirlər ki, əvvəllər siqareti qaçaqmalçılıq yolu ilə keçirən qaçaqmalçılar indi demək olar ki, yalnız ukraynalıların sərhədi keçməsinə kömək etməyə yönəliblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə