Hücum bazar günü səhər saatlarında gözlənilir..?

Əl-Cəzirə: “İran aprelin 14-də İsrailə hücum edə bilər”

...İranın İsrailə hücumunun aprelin 14-ü, bazar günü səhər baş verəcəyi ehtimal edilir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Əl-Cəzirə” telekanalı adı açıqlanmayan amerikalı məmura istinadən bildirib.

...İranın bazar günü səhər saatlarında İsrailə hücum etmə ehtimalı yüksəkdir.

İsrailin müdafiə naziri Yoav Qalant bir neçə saat əvvəl ölkəsinin İran və onun peyklərinin “planlı hücumunu” diqqətlə izlədiyini və buna görə də müdafiə eləcə də hücum strukturlarını gücləndirdiyini bildirib.

...Dövlət həmçinin vətəndaşları qorumaq üçün lazım olan hər hansı tədbiri görməyə hazırdır.

...İsrail Müdafiə Qüvvələri İranla münasibətlərin pisləşməsi fonunda aprelin 13-ü axşam saatlarından etibarən ölkədəki bütün təlimlərin müvəqqəti olaraq ləğv edildiyini açıqlayıb. “Yaşıl zonalar” adlanan ərazilərdə 1000-dən çox insanın toplaşması da qadağandır.

Bundan əvvəl məlum olmuşdu ki, ABŞ prezidenti Cozef Bayden Yaxın Şərqdə baş verən hadisələrə görə istirahət gününü yarımçıq qoyub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə