ABŞ prezidenti təcili Vaşinqtona qayıdır...

ABŞ prezidenti Cozef Bayden milli təhlükəsizlik komandası ilə Yaxın Şərqdəki "gərginliyi" müzakirə etmək üçün həftəsonu səfərini ləğv edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Times of Israel” məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ prezidenti Cozef Bayden Delaverə səfərdən Vaşinqtona vaxtından əvvəl qayıdır. Prezidentin həftəsonunun erkən bitməsinə səbəb Yaxın Şərqdə baş verən hadisələrlə bağlı milli təhlükəsizlik komandası ilə görüşmək zərurətidir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə