Silahlılar azı 10 mülki şəxsi öldürüblər

Konqo Demokratik Respublikasının şərqindəki Beni şəhəri yaxınlığında üsyançıların hücumu nəticəsində azı 10 mülki şəxs öldürülüb.

SİA-nın əldə etdiyi məlumata görə, Mulekera meri Nqonqo Mayanqa bildirib ki, hücum edənlər Beni yaxınlığındakı Mulekera kommunasında tarlalarda işləyən insanlara atəş açıblar.

Onun sözlərinə görə, indiyədək 7 nəfərin, o cümlədən 3 qadının meyiti tapılıb, daha 5 qurbanın nəşi isə başqa yerlərdədir.

“Əlbəttə, axtarışlar davam etdikcə tapacağımız başqa meyitlər də var”, – deyə o, üsyançı “Demokratik Qüvvələr Alyansı” üsyançı qrupunu təqsirləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB