Orenburqda daşqın maksimum həddə çatıb

Orenburqda sel pik həddə çatıb. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə qubernatorun və vilayət hökumətinin mətbuat xidməti Telegram kanalında bildirib.

...Bu gün vəziyyət çətin olaraq qalır. İndi Orenburqda daşqın zirvəsi maksimum həddədir. Orskda vəziyyət stabildir - su çəkilir, biz şəhəri təmizləməyə və bərpa işlərinə başlayırıq.

Bunu regionun rəhbəri Denis Pasler bildirib.

Orenburq vilayətinin maliyyə naziri Yevgeni Sençev qeyd edib ki, daşqından zərər çəkən vətəndaşlar artıq 188 milyon rubldan çox ödəniş alıblar.

...Fövqəladə vəziyyətdən zərər çəkmiş və əsas əmlakını itirmiş vətəndaşlara ödənişlər üçün regional büdcədən ayrılan vəsaitin həcmi 650 milyon rubla qədər artırılıb.

Bunu da rəsmi əlavə edib.

Qeyd edək ki, bir gün əvvəl Orenburqda şəhəri su basması təhlükəsi ilə əlaqədar sakinlərin kütləvi təxliyəsi başlayıb. İnsanlara lazım olan hər şeyi yığmağa və müvəqqəti olaraq evlərini tərk etməyə çağırış ediblər.

Xatırladaq ki, aprelin 5-i axşam saatlarında Orskda bənd uçub. Əhaliyə kömək etmək və nəticələrini aradan qaldırmaq üçün bütün lazımi qüvvələr səfərbər edilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə